Suriyada fəhlələri aparan avtobus minaya düşüb
    • 15-11-2020, 10:18
    • 506

Suriyada fəhlələri aparan avtobus minaya düşüb

Suriyanın iqtisadi paytaxtı hesab olunan Hələbin qərbindəki Minyan qəsəbəsində fəhlələri daşıyan avtobus minaya düşüb.

News24.az xəbər verir ki, insident zamanı azı bir suriyalı ölüb.

Daha bir neçə nəfər yaralanıb, hamısı təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Zərərçəkənlər yerli mişar zavodunda çalışırmışlar.

Bildirilir ki, partlayıcı qurğu ərazidə vaxtilə mövcud olan terrorçular tərəfindən quraşdırılıb.