Ucarda ana və oğlunu maşın vurub - Foto
    • 20-10-2020, 11:27
    • 511

Ucarda ana və oğlunu maşın vurub - Foto

Ucarda ana və azyaşlı oğlunu maşın vurub.

Hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb. Belə ki, Ucar rayonunun Alpout kənd sakini, 1979-cu il təvəllüdlü Gündüz Çingiz oğlu Mürsəlov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili ilə yolu keçmək istəyən, 1990-cı il təvəllüdlü Mətanət Abduləli qızı Məmmədovanı və onun 2013-ci il təvəllüdlü oğlu Coşqun Daşqın oğlu Məmmədovu vurub.

Hər iki zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA/