"Şuşa üçün döyüşsək də qalib gələ bilmədik" - Paşinyandan ETİRAF
    • 16-11-2020, 13:51
    • 537

"Şuşa üçün döyüşsək də qalib gələ bilmədik" - Paşinyandan ETİRAF

"İlk gündən torpaqları Azərbaycana qaytarmaq bahasına müharibəni bitirməyə çağıranlar hökuməti xəyanətdə günahlandırırlar".

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan KİV-lərə verdiyi müsahibəsində deyib. "Əslində bunun gec, və ya tez edilməsinin heç bir fərqi yoxdur. Bəli, Şuşanın verilməsi üçün şərt əvvəldən olmasa da, ən azından ilk dövrdə irəli sürülmüşdü. Bütün bunları qorumaq mümkün olduğu halda bu yolu tutduq. Müdafiə Nazirliyi, Silahlı Qüvvələr və Baş Qərargah son dəqiqəyə qədər Şuşa uğrunda döyüşməyə qərar verdi".