Rusiyada  442 nəfər koronavirusdan öldü - 22,4 min yoluxma
    • 17-11-2020, 11:40
    • 385

Rusiyada 442 nəfər koronavirusdan öldü - 22,4 min yoluxma

Rusiyada son bir gündə daha 22 410 nəfər koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon 971 min 013 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 442 nəfər artaraq 33 min 931-ə yüksəlib.