Xüsusi Təyinatlı Qüvvənin çavuşu: “Ermənilər QORXULARINDAN postu qoyub QAÇIRDILAR” - VİDEOREPORTAJ
    • 17-11-2020, 17:53
    • 737

Xüsusi Təyinatlı Qüvvənin çavuşu: “Ermənilər QORXULARINDAN postu qoyub QAÇIRDILAR” - VİDEOREPORTAJ

İkinci Qarabağ müharibəsi bizə unudulmaz tarix yaşatdı. Bu tarixin şanlı səhifələrində çox sayda igidlərimizi tanıdıq. Həmin igidlər hansısa oyunun yox, real həyatın, müharibənin qəhrəmanlarıdır. Onlar öz canları, qanları bahasına illərdir qəlbimizdə böyüyən Qarabağ yarasının məlhəmi oldular. Vətən, torpaq anlayışlarının Azərbaycan Xalqı üçün dəyərli, müqəddəs və uca olduğunu göstərdilər. Bizim məğlub yox, qalib xalq olduğumuzu sübut etdilər. Bu qalibiyyətin qəhrəmanlarından biri də Xüsusi Təyinatlı Qüvvənin çavuşu Fərzəliyev Cəmildir.


News24.az xəbər verir ki, Fərzəliyev Cəmil Qarabağ uğrunda gedən bir çox əməliyyatlarda şücaət göstərib.

O, öz peşəsinə aid hərbi sirrləri vermədən başına gələn hadisələri, anları və təəssüratları saytımıza bölüşüb. 

Görüntüləri təqdim edirik:

Məhərrəm Əliyev
VİDEO: Xəyyam Əzimli
MONTAJ: Fərid Şabanov