-
- 17-11-2020, 17:44
- 577
Daha 26 ev şəhid ailələrinə verildi - Fotolar
“Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daim inkişaf edərək güclü dövlətə çevrilib və qarşısında duran vəzifələri qısa müddət ərzində uğurla yerinə yetirməyə qadir olan qüdrətli Orduya sahibdir. Böyük tarixi Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsi bunu bir daha dünyaya nümayiş etdirdi”.
News24.az xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda 26 fərdi yaşayış evinin (o cümlədən Qazaxda 13, Kürdəmirdə 5, Qubada 3, Lənkəranda 5) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.
Qazax rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov, Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulayə Həsənova iştirak ediblər.
Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevincini yaşadan Prezident İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Azərbaycan hərbçilərinin rəşadəti və eyni zamanda dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz qürur hissi keçirdiklərini qeyd ediblər.
Onlar Prezidentin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər. Tədbirdə qeyd edilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək.
Ümumilikdə ötən dövrdə 8379 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.