Qarabağ Qazisi: "Döyüşdə qolumun qopması məni QORXUTMADI...  - Yenə də vuruşmağa HAZIRAM
    • 19-11-2020, 13:25
    • 1 157

Qarabağ Qazisi: "Döyüşdə qolumun qopması məni QORXUTMADI... - Yenə də vuruşmağa HAZIRAM" - VİDEOMÜSAHİBƏ

Şuşanın işğaldan azad edildiyi gün xəstəxana pəncərəsindən sol əli ilə insanlara hərbi salam verən qazini yəqin ki, çoxunuz xatırlayırsınız. Həmin fotoda həm məğrur duruş, həm qürur, həm də sevinc görmək mümkün idi. Bu sevinc qalib xalqın qazisinə məxsus idi. 


Hansısa başqa ölkənin ordusunda sağ əli yoxdur deyə sol əli hərbi salam verdiyi üçün komandirlərindən üzr istəyən bir zabitin olduğuna inanmıram. Amma Azərbaycan Ordusunun Əsgəri bu üzrü istədi. Həm də bütün səmimiyyətilə.. Bu, onun necə geniş bir ürəyə sahib olduğunun və Azərbaycan Əsgərinin etikasının, alicənablığının göstəricisidir.  


Biz isə News24.az olaraq qazimizi yaxından tanımaq üçün üz tutduq yaşadığı evə.

Həsənli Sahil müharibənin başlanacağı günü və döyüş əmrini həsrətlə gözlədiyini bildirdi. Bu yolda canından keçməyə hər an hazır olduğunu, hətta bundan sonra belə ehtiyac olduğu halda tək qolunda mina saxlayıb, düşmənin zirehli texnikasını məhv edə biləcək gücü özündə hiss etdiyini dilə gətirdi. Bu sözləri deyərkən, qazimizin nə nitqində, nə də simasında zərrə də pafos yox idi..

Çünki, o, Azərbaycan Ordusunun Əsgəridir və növbəti nəsilə taqətsiz, gücsüz cəmiyyət yox, yarası olmayan sağlam bir cəmiyyət ərməğan etmək istəyir. 

Videoreportajı təqdim edirik:

Məhərrəm Əliyev
VİDEO: Fərid Şabanov