Həftəsonu icazəsi olmayanlar küçəyə çıxa biləcək? - DİN-dən AÇIQLAMA
    • 20-11-2020, 13:50
    • 441

Həftəsonu icazəsi olmayanlar küçəyə çıxa biləcək? - DİN-dən AÇIQLAMA

"Şənbə və bazar günləri taksilərin fəaliyyətinə icazə verilir. Bunun üçün həmin şəxslərin və şirkətlərin müvafiq icazə və lisenziyası olmalıdır".

Bu barədə News24.az-a açıqlamasından DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Qurum rəsmisi deyib ki, karantin şərtlərinə əsasən taksilərdə sürücü ilə sərnişin arasında arakəsmə quraşdırılmalıdır. 

E.Zahidov qeyd edib ki, həftəsonu əhalinin evlərini tərk etməsi ilə bağlı heç bir qadağa yoxdur:"Sadəcə vətəndaş evini tərk edən zaman mütləq qaydada tibbi maskadan istifadə etməlidir". 

Ehsan Zahidov şəhərdə gündüz saatlarında polis postlarının qurulmayacağını da deyib.