"O Müqəddəs torpağı diz üstə çöküb doyunca öpəcəm" - VİDEOREPORTAJ
    • 20-11-2020, 20:11
    • 865

"O Müqəddəs torpağı diz üstə çöküb doyunca öpəcəm" - VİDEOREPORTAJ

27 illik həsrət sona çatdı, 27 ildir tökülən göz yaşlarına bu gün Müzəffər Azərbaycan Ordusu sayəsində son qoyuldu. Ağdamımız öz əzəli sahiblərinə geri qayıtdı. Bu gün Ağdamda üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağımız dalğalanır. 27 ildir doğmalarından ayrı düşən Ağdamımıza qovuşduğumuz tarixi günü yaşayırıq. Həqiqətən də uzun sürən ayrılığın vüsalı çox şirin olurmuş. Biz həmin şirin vüsalı dadan canlı şahidlərik. 

Və 2020-ci il 20 noyabr tarixində Ağdamımızın üzərindən uzun illərin qara duman çəkildi. Əziz və doğma Ağdam, Sən Azadsan!  

Qarabağımızın gözü olan Ağdamımızın 27 illik əsir həyatına nəhayət ki, son qoyuldu. Həsrət bitdi, Ağdam öz ana yurduna, Azərbaycanına qovuşdu. Möhtəşəm qələbə xəbərini eşidən xalqımızın ilk üst tutduğu məkan isə igidlərimizin yatdığı Şəhidlər Xiyabanı oldu. Hər dəfə kədər, acı və göz yaşları ilə ziyarət olunan məkanı bu gün qələbə coşğusu, fəxr hissi bürüdü. 

Yaşından, kimliyindən harden olmasından asılı olmayaraq kiçikdən-böyüyə hər kəs əlində üçrəngli, aylı-ulduzlu Bayrağımız, ürəklərdə isə Vətən Sevgisi ilə qələbəni qeyd edir. 

Qüdrətli Azərbaycanımız sənə Qələbə, xalqımıza sevinc necə gözəl yaraşır. Şərəfimizin, qeyrətimizin, azadlığımızın rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımızın daim yüksəklərdə, Qarabağımızın hər bir küncündə dalğalanması diləyi ilə... 

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov