Arif Babayev: “Qorxurdum ki, ölərəm, Ağdamı görmərəm” - VİDEO
    • 20-11-2020, 18:49
    • 1 649

Arif Babayev: “Qorxurdum ki, ölərəm, Ağdamı görmərəm” - VİDEO

“İnşallah bundan sonra orada evimizi tikəcəyik”.

Bunu News24.az-a açıqlamasında Ağdam rayonunun işğaldan azad edilməsi xəbərinə münasibət bildirən və təəssüratlarını bölüşən Xalq artisti Arif Babayev deyib.

Xalq artisti bildirib ki, 30 il bundan öncə Ağdamı tərk edib: “Bizim kəndimiz gözəl yerdədir. Hər yer yaşıllıq idi. Orada qəşəng bulağımız var. Camaat istifadə edirdi.  Artıq həmin yerləri bir də görəcəm. Qorxurdum ki, ölərəm, görmərəm oraları. Allaha çox şükr olsun deyirəm. Allah köməyimə çatdı. Hər şey Allahın əlindədir”.