Aylardır itkin düşən ailə meşədə tapıldı - SƏN DEMƏ...
    • 23-11-2020, 15:12
    • 737

Aylardır itkin düşən ailə meşədə tapıldı - SƏN DEMƏ...

Belarusiyalı bir ailənin üzvləri onlara çip taxılmağından və COVID-19 dan qorxduqları üçün aylardır meşədə yaşayırlar.

News24.az xəbər verir ki, 36 yaşlı ər-arvad altı sentyabrda bir kağıza “səyahətə çıxırıq” yazdıqdan sonra 17 və 12 yaşlı uşaqları ilə birlikdə qeyb olublar. 

Belarusiya Daxili İşlər Nazirliyinin nümayəndələri qonşuların ailədən ehtiyat etdiyini öyrənib.

Qeyd olunur ki, ailə başçıları itkin düşməzdən əvvəl qonşularla söhbət edərkən, tezliklə qiyamət gününün gələcəyini və sığınacaq tapma zərurətinin yaranacağını deyiblər.


Bildirilir ki, aylardır davam edən axtarışlar noyabrın iyirmisində nəticə göstərib. Ailə meşənin dərinliklərində, hərbi çadırda aşkarlanıb.

Ülvi İsmayıl