Suraxanının polis rəisi YÜKSƏK VƏZİFƏYƏ təyin edildi
    • 24-11-2020, 11:50
    • 1 778

Suraxanının polis rəisi YÜKSƏK VƏZİFƏYƏ təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

News24.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilib.

Nazir digər əmri ilə o, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.