-
- 25-11-2020, 11:37
- 981
Tanınmış azərbaycanlı həkim DÜNYASINI DƏYİŞDİ
Professor, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü, "Əməkdar elm xadimi" Zakir Qarayev gecə saatlarında dünyasını dəyişib.
News24.az-ın əldə etdiyi məlumata görə, 79 yaşlı professor ağır xəstəlikdən əziyyət çəkirdi və bir ildir müalicə alırdı.
Z.Qarayev 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 2 iri həcmli dərsliyin və bir dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 67 elmlər namizədi, 18 elmlər doktoru yetişib. Professor eyni zamanda dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktoru seçilib - ABŞ, Nyu-York akademiyası, həqiqi üzv; Fransa, Sarbon Universiteti fəxri doktor; Yaponiya, Siba Universiteti, fəxri doktor.
Qeyd edək ki, Z.Qarayev 2010-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.