-
- 1-12-2020, 13:20
- 859
Laçın həsrətinə dözməyən Məhəbbət Kazmovun oğlu: “Atam son nəfəsində…”
“Laçın həsrətinə son qoyuldu. Atamın ruhu şaddır”.
News24.az xəbər verir ki, bunu açıqlamasında mərhum müğənni, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov Laçının işğaldan azad olunduğu günlə bağlı təəssüratını bölüşərkən deyib.
Rəşid atasının son arzusundan danışıb:
“Atamın ən böyük arzusu doğulub boya-başa çatdığı Laçının düşmən tapdağından azad olunması idi. Ömrünün son günlərində Laçın həsrəti onu daha çox yandırıb-yaxırdı. Ən böyük arzusu Laçına qayıtmaq, uşaqlığını və gəncliyini keçirdiyi o torpaqlarda yaşamaq idi. Bir dəfə gördüm ağlayır, soruşdum səbəbini. Dedi ki, Laçın həsrətinə daha dözə bilmirəm. Elə hey yuxularını danışırdı, tez-tez yuxuda Laçına getdiyini deyirdi. Bəlkə də bu həsrət olmasaydı, atam çox yaşayacaqdı. Amma bu həsrətə, bu nisgilə dözə bilmədi, elə Laçın həsrəti ilə də gözlərini əbədi yumdu. Bilirəm ki, son nəfəsində o, Laçını düşünüb, elə ruhən də əbədi olaraq Laçına köçdü. Bu gün səhər məzarı üstünə getdim və dedim ki, rahat yat, ata, Laçının düşmən işğalından azad edildi. Azərbaycan Ordusu, Ali baş komandanımızın əzmi sayəsində doğma torpağımız azaddır. Bilirəm ki, indi onun ruhu şaddır”. /Yenicag.az/