-
- 2-12-2020, 16:41
- 659
Təhsil naziri dərslərin təşkilindəki problemləri açıqlayıb
“Hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Böhran vəziyyətində öyrənmək üçün mümkün olanı edirik”.
News24.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, onlayn təhsil tədrisin tamam başqa formatıdır: “İlk gündən başa düşürdük ki, kompüter və internet problemi olacaq. Bu səbəbdən də teledərslər layihəsini seçdik. Zaman alsa da, teledərslər daha əlçatandır və orada ən bacarıqlı müəllimlər dərs deyir. Problem interaktivlə bağlıdır, yəni şagirdlər suallarını rahat verə bilmirlər. Böyük şəhərlərdə təxminən 74-75 % təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. Yerdə qalanlar bizim üçün də problemdir”.
E.Əmrullayev xatırladıb ki, ölkədə 1 milyon 500 min şagird var: “Amma etiraf edək ki, Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Bu qədər şagirdi kompüterlə təmin etsək belə, problem öz həllini tapmayacaq, əksinə bizim daha ciddi problemlərimiz olacaq. Odur ki, ictimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək”.