-
- 16-10-2018, 16:45
- 1 475
Bakının bu ərazilərində torpaq almaq, ev tikmək təhlükəlidir - SİYAHI
İki gün öncə Badamdarda baş verən toropaq sürüşməsindən sonra bu mövzu yenidən gündəmə gəlib. Nəzərə alsaq ki, növbəti aylarda Azərbaycanda mütəmadi yağışlar və qar yağacaq, onda torpaq sürüşməsinin daha da təhlükəli həddə çatacağı bəllidir.
Sürüşmənin təbii fəlakət səviyyəsinə gəlib çatmaması üçün həmin yerlərdə evlərin tikilməməsi əsas şərtlərdəndir.
Bəs Bakının hansı ərazilərdən sürüşmə təhlükəsi böyükdür?
Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdardakı Qurd qapısı, Qanlı göl, Lökbatan yamacı, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinə doğru olan ərazilər, Masazır gölünün ətrafı – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da ümumilikdə əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır. Belə ki, sürüşmələr daha çox qar yağdıqdan sonra baş verir. Lakin təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti, insanların yamacları kəsib evlər tikməsi də sürüşməyə səbəb olan amillərdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevin verdiyi məlumata görə bu gün Bakıda sürüşmə təhlükəsinin ən çox olduğu nöqtələr Bayıl yamacı, Bayıl dərəsi və onun Qərb yamacı, “Qurd qapısı”, Badamdar dağının Qərb yamacı, Badamdar qəsəbəsinin cənub-şərq yamacı, Badamdar dağı-Şıxov sinklinlının şərq yamacı, Yasamal yaylasının cənub-şərq yamacı, Xocəsən vadisinin cənub-şərq yamacı, Bakıxanov dağının şərq və cənub şərq yamacları, Bülbülə gölünün qərb və şərq yamacları, Əhmədli yaylasının şimal-şərq, şərq, cənub-şərq yamacları, Zığ vadisinin qərb yamacı, Qardaşoğlu dağının qərb və şərq yamaclarıdır.
Təkrar sürüşmə baş verməsi baxımdan ən təhlükəli vəziyyət Bayıl yamacı, Zığ vadisinin qərb yamacı Bülbülə gölünün qərb və şərq yamaclarındadır.
Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə bu yöndə hər il müxtəlif tərdbirlərin görüldüyünü, hər ay nazirlik ölkə ərazisində olan sürüşmələr haqqında bülleten hazırlayıb, 11 quruma göndərdiyini bildirib. Əziz Qaralov sürüşmə problemi olan Masazırdan da danışıb: ““Masazırda yamacı kəsib, ev tikiblər. Duzlu göl deyilən ərazi var ki, həmin ərazidə binalar, fərdi yaşayış evləri tikiblər. Nəticədə torpağın dayanıqlığı itib. Həmin ərazidə olan torpaq qumlu, gilli süxurlardır. Ona görə də tez doyur və ağırlıq olan kimi sürüşür. Oradakı sürüşmə də vətəndaşların özlərinin günahından baş verir. Bu, qəti şəkildə belədir. Orada ev tikmək, yamacı kəsmək olmazdı. İndi həmin torpaqları hansı qurumlar əhaliyə verib, bu da onların öz işləridir”
Bakının Masazır, Zığ qəsəbələri, Amfiteatrın cənub şərq-şərq qanadları, Bayıl, 20-ci sahədən Bibiheybətə qədər olan ərazilər, Günəşli yaylası sürüşmə, uçqun baxımından təhlükəli sahələrdir.
Şöbə müdirinin sözlərinə görə, bu gün ölkənin dağlıq ərazilərinin 60 faizi sürüşmə təhlükəlidir: “Azərbaycanda bir qrup alim tərəfindən sürüşmələrin risk və təhlükə səviyyəsinin tədqiqatı aparılıb. Məlum olub ki, Böyük Qafqazın cənub-şərq yamacında, xüsusilə, Quba, Qusar, Altıağac, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının alçaq və orta dağlıq hissələrində yüksək riskli sürüşmə sahələri 53,3 faizdən çoxdur. Bu da çox ciddi bir rəqəmdir. Sürüşmə riski daşıyan digər ərazilərdən biri də Talış dağlıq ərazisidir. Böyük Qafqazın cənub-şərq yamacında Girdimançay, Ağsuçay, Pirsaatçay, Sumqayıtçay, Tuğçay, Gilgilçay, Vəlvələçay, Qudyalçay hövzələrindəki ərazilər isə həm qədim, həm də müasir dövrdə sürüşmə riski daşıyan sahələr kimi qeyd olunur. Həmin çay hövzələrinin yaxınlığında yerləşən məntəqələrdə yaşayış da təhlükəlidir. Amma evlərdən başqa, insanların əkin apardığı, heyvanları saxladığı sahələr də var ki, sürüşmələr bu ərazilər üçün təhlükə daşıyır”.
Mütəxəssislər müvafiq qurumların icazəsi olmadan bu yerlərdən torpaq almağı, ev tikməyi məsləhət görmür.