Füzulu uğrunda şəhid olan DGK əməkdaşı... - Fotolar
    • 5-12-2020, 15:47
    • 752

Füzulu uğrunda şəhid olan DGK əməkdaşı... - Fotolar

Dövlət Gömrük Komitəsinin əməkdaşı Vətən müharibəsində şəhid olub.

News24.az xəbər verir ki, DGK "Azərterminalkompleks" Birliyinin əməkdaşı 26 yaşlı Hacıyev Ülvi Şirin oğlu Azərbaycan torpaqları uğrunda gedən döyüşdə şəhid olub.

O, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmət edib. Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. Milli Ordu sıralarında hərbi xidmət keçib.

İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Allah rəhmət eləsin!