50 nəfər gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına qatıldı
    • 1-10-2020, 18:39
    • 697

50 nəfər gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına qatıldı

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əkshücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola düşüblər.

News24.az
xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları Azərbaycan ordusunun qələbələrindən böyük qürur hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.

Qələbə sənindir, Azərbaycan Əsgəri!

Qarabağ Azərbaycandır!