COVİD-19 pandemiyası ilə bağlı rəsm MÜSABİQƏSİ
    • 6-12-2020, 10:50
    • 387

COVİD-19 pandemiyası ilə bağlı rəsm MÜSABİQƏSİ

Gənclər və Idman nazirliyi 14-29 yaşlı gənc rəssamları Covid-19 pandemiyasi ilə bağlı 7-25 dekabr 2020 ci il tarixlərində keçiriləcək  rəsm müsabiqəsində iştirak etməyə dəvət edir.

News24.az xəbər verir ki, adları 29 dekabr 2020-ci il tarixində elan ediləcək qaliblərə nazirlik tərəfindən diplomlar təqdim olunacaq .

Bununla yanaşı:
l yerin qalibinə -500 manat,
ll yerin qalibinə -300 manat,
lll yerin qalibinə -200 
manat pul mükafatı veriləcək.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) bəndini rəhbər tutaraq və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1 (gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri infeksion xəstəliklərin profilaktikasi, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) bəndinin icrasını həyata keçirilməsi məqsədilə təşkil edilir.