“Hər birimiz deyə bilərik ki, yaxınımızda yoluxanlar var” - Hikmət Hacıyev
    • 8-12-2020, 15:11
    • 306

“Hər birimiz deyə bilərik ki, yaxınımızda yoluxanlar var” - Hikmət Hacıyev

“Artıq hər birimiz deyə bilərik ki, yaxınımızda yoluxanlar var”.

News24.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib. 

O bildirib ki, sosial şəbəkələrdən görünür ki, yaxınlarımızın qohumları arasında artıq koronavirusdan vəfat edənlər var: “Bu istiqamətdə olan tendensiyalar və koronavirusun yayılması sürətini nəzərə alaraq karantin rejiminin sərtləşdirilməsinə qərar verilib. 

Hazırda koronavirusdan aktiv xəstələrin sayı 56 mindən çoxdur. Bunlardan 48 mini evdə, 8 mini xəstəxanada müalicə olunur”.