AZ BİLİNƏNLƏR: Yuli Sezar, Fateh Sultan Mehmed, Atatürk, Hitler, Teymur
    • 13-05-2024, 13:47
    • 243

AZ BİLİNƏNLƏR: Yuli Sezar, Fateh Sultan Mehmed, Atatürk, Hitler, Teymur

Tarixdə çoxumuzun adını eşitdiyi mühüm şəxsiyyətlər var. Bu şəxslər çox vaxt adlarından başqa təfərrüatı ilə tanınmır. 

News24.az bəzi mühüm şəxsiyyətlər haqqında qısa, maraqlı, az bilinən məlumatları sıralayıb:

1. Yuli Sezar (e.ə. 100 - eramızdan əvvəl 44)

  • Sezar həmişə tac taxırdı ki, saçlarının töküldüyü aşkar olmasın.
  • Qriqorian təqvimində iyul ayının Yuli Sezardan gəldiyi deyilir.
  • Sezar sui-qəsd edilərək öldürüləndə bədənində 23 yara olub.

2. Fateh Mehmed (1432 - 1481)

  • Sultan Mehmed süfrədə dəniz məhsullarını çox sevib
  • İstanbulu fəth edəndə onun cəmi 21 yaşı olub.
  • O, kitablarla çox maraqlanıb. Orijinal əlyazmaları kitabxanasında saxlayıb. 
  • Qədim yunan dilini bildiyi üçün bu kitabların əksəriyyətini öz orijinal dillərində oxuya bilib.

3. Mustafa Kamal Atatürk (1881 - 1938)

  • Ən çox sevdiyi kitabı Reşat Nuri Gültəkinin “Çalıkuşu” romanı olub.
  • Atatürkün Türk Tarixinə böyük marağı olub. 
  • O, Türk Tarix Qurumunun üzvləri ilə Yeniçəri korpusunu müzakirə edərkən, Orxan bəyin dövründə bu korpusun yaradılmasının mümkün olmadığını təkid edib.
  • Atatürkə görə I Murad Yeniçəri korpusunu qurmalı olub. Sonrakı araşdırmalarda Atatürkün bu tezisi həqiqətən də öz təsdiqini tapıb.
  • Bir gün ölümdən danışarkən ondan məzarının harada olması lazım olduğunu soruşublar. Atatürk bu suala belə cavab verib: "Millətim məni unutmadıqca məni istədiyi yerdə dəfn edə bilərlər".

4. Adolf Hitler (1889 - 1945)

  • Adolf Hitler həyatı boyu 17 sui-qəsd cəhdinə məruz qalıb və hamısından sağ çıxa bilib.
  • O, heç vaxt maşın sürməyi öyrənməyib.
  • Hitler heç vaxt çoxlu insanın ölümünə səbəb olan həbs düşərgələrinə və gettolara getməyib.

5. Teymur (1336 - 1405)

  • O, gənc ikən ayağına dəyən oxdan şikəst qalıb. Bu səbəbdən o, Topal Teymur kimi tanınıb.
  • Çox qəzəbli və sərt xasiyyəti olsa da, bacısına böyük hörmət bəsləyir, onun sözlərinə qulaq asıb.
  • Teymur yazıb-oxumağı bilmiyib. Amma ətrafına alimlər toplayıb. Onlara kitab oxutdurub, diqqətlə dinləyib. (Bu məlumat Teymurun öz tarixçisi tərəfindən verilib. Bax: Şerefüddin Əli Yəzdi - Zəfərnamə, Selenge Nəşrləri, Səhifə 474)

Günel Məlikzadə