Mayın ortasında qar "əsarəti"
    • 13-05-2024, 14:07
    • 273

Mayın ortasında qar "əsarəti"

Muşda ötən gecə yağan qar yüksək ərazilərə təsir edib.

News24.az xəbər verir ki, qar yağışı səbəbiylə 10 kənd və 21 mezraya çıxış təmin edən Çavuştəpədə 2500 metr yüksəklikdəki Üçevlər Qrup Kənd Yolunun müəyyən hissələri nəqliyyata bağlanıb.

İçərisində 6 nəfərlə Muş şəhər mərkəzinə getmək üçün yola çıxan mikroavtobus yolda qalıb.

112 Təcili Zəng Mərkəzinə xəbər verildikdən sonra İl Xüsusi İdarəsi qrupu bölgəyə sövq edilib.

Əraziyə çatan qruplar qarın bağladığı yolu iş maşını ilə açıb və mikroavtobusun yoluna davam etməsinə şərait yaradıb.

Qeyd edək ki, davam edən yağış səbəbiylə Üçevler Qrup Kəndi Yolu nəqliyyata tamamilə bağlanıb.

Günel Məlikzadə