Mənzildə partlayış: Xəsarət alan var - FOTOLAR
    • 13-05-2024, 13:55
    • 166

Mənzildə partlayış: Xəsarət alan var - FOTOLAR

İspartada mənzildə partlayış baş verib.

News24.az xəbər verir ki, 6 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə səhər saat 07.30 radələrində naməlum səbəbdən partlayış baş verib.

Xəbər üzərinə xilasetmə, təcili yardım və polis qrupları ünvana sövq edilib.

Həkimlərə təhvil verilən və bədənindən yanıq xəsarəti alan Furkan Ş müalicə üçün xəstəxanaya aparılıb.

Partlayış zamanı təzyiqdən mənzildə divarların uçduğu, qapıların söküldüyü və əşyalara ziyan dəydiyi müəyyən edilib.

Üst mərtəbələrdəki mənzillərə də ziyan dəymiş partlayışla bağlı Baş Prokurorluq araşdırmalara başlayıb.

Hadisə yerinə gələn İsparta valisi Aydın Baruş da partlayışla bağlı araşdırmalar aparıb.

Günel Məlikzadə