Məşhur rejissor vəfat etdi - FOTO
    • 13-05-2024, 14:13
    • 462

Məşhur rejissor vəfat etdi - FOTO

Müstəqil kinonun ən önəmli adlarından biri olan Rocer Korman mayın 9-u cümə axşamı Santa Monikadakı evində vəfat edib. 

News24.az xəbər verir ki, usta rejissorun ölüm xəbərini onun qızı Ketrin Korman Associated Press-ə açıqlamasında bildirib.

"Atam səxavətli, açıq ürəkli və onu tanıyan hər kəsə qarşı mehriban idi. Necə xatırlanmaq istədiyini soruşduqda, Kinorejissor idim, bu qədər deyə cavab verirdi" Ketrin Korman deyib.

Rejissor eyni zamanda Hollivudda Martin Scorsese, James Cameron, Frencis Ford Coppola, Jack Nicholson, Bruce Dern və Piter Fonda kimi digər rejissor və aktyorların karyerasına başlamasına kömək edib.

Usta rejissor 2009-cu ildə filmlərə və rejissorlara verdiyi zəngin dəstəyə görə Akademiyanın Fəxri Mükafatına layiq görülüb.

Günel Məlikzadə