Vaqif Əsədov: “Ötən illə müqayisədə qəzaların sayında çox fərq var”
    • 12-07-2018, 16:44
    • 1 111

Vaqif Əsədov: “Ötən illə müqayisədə qəzaların sayında çox fərq var”

Xəbər verdiyimiz kimi, bü gün səhər saatlarında Qaradağ rayonu ərazisində dəhşətli qəza olub. Belə ki, yük maşını sərnişin daşıyan avtobusun arxa tərəfindən vuraraq aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb və 18 yaralı var.
 
Son zamanlar paytaxtda yük maşınları çoxlu sayda qəzalar törədirlər. 

Maraqlıdır, görəsən bu il ötən illə müqayisədə yük maşınlarının törətdiyi qəzaların sayında artım müşahidə olunurmu? 

Məsələylə bağlı Bakı şəhər DYP-nin sözçüsü, palkovnik Vaqif Əsədovla əlaqə saxladıq. Onun sözlərinə görə, “Yük avtomobilləriylə bağlı hadisələrin baş verməsi ürəkağrıdan faktordur. Amma, ötən illərlə müqayisədə istər yük, istərəsə də sərnişin daşıyan nəqliyyat vasitələrində qəza hallarının azalması müşahidə olunub”. 

Sürət həddinin tənzimlənməsinə gəldikdə isə V. Əsədov bildirib ki, “Sürət həddinin tənzimləməsiylə bağlı tərəfimizdən texniki vasitələrin tətbiqi, ən azından sürətlə bağlı yol-qəza hadisələrinin 27 faiz azalıb. Sürət həddiylə bağlı qəzaların baş verməsi ümumi hadisələrin 50-52%-ni təşkil edir və buna səbəb yeni texnalogiyaların tətbiq edilməsidir.  Sürət radarları, cihazları və digər texniki avadanlıqların ölkəyə gətirilməsi və onlardan istifadə nəticəsində qəza hadisələrinin 28,7% enməsi yaxşı göstərici deməkdir.Nəinki yük avtomobilləriylə bağlı, ümumiyyətlə avtomobil idarə etmək sistemində kimliyindən asılı olmayaraq sürücü verilən tapşırığı özü üzərində tətbiq etmirsə dərhal aşkar edib məsuliyyətə cəlb edirik. Sözsüz ki,onun məsuliyyətə cəlb olunması törədilən xətaların qarşısının alınmasına təsir göstərir”- deyə o qeyd edib.

Elvin Nüsrətoğlu