-
- 13-07-2018, 14:14
- 922
Bakının bu ərazisində niyə tez-tez ölümcül qəzalar baş verir? - RƏSMİ AÇIQLAMA
News24.az redaksiyasına “Nobel” prospektindən şikayət daxil olub.
Belə ki, həmin ərazidə yaşayış evlərinin sıx yerləşməsinə baxmayaraq sürücülərin sürət həddini aşması tez –tez qəza yaradır. Şikayətçıilər onu da qeyd edir ki, həmin ərazidə 5000 min şagird yeri olan məktəb də yerləşir. Ərazidə yaşayanların gündəlik bu yoldan istifadəsi həddindən artıq təhlükəli məqamlarla müşayət olunur. Demək olar ki, elə məktəbin yaxınlığında ayda bir dəfə ağır yol qəzaları baş verir.
Bununla bağlı aidiyyatı orqanlara dəfələrlə müraciət etsələr də, lazımi tədbir görülməyib.
Şikayətlə bağlı Bakı DYP-nin sözçüsü, palkovnik Vaqif Əsədovla əlaqə saxladıq.
V. Əsədov deyilənlərə bu cür münasibət bildirdi:
“Deyilən sözlərlə mən qətiyyən razılaşmıram. Təbii ki, ölkədə və Bakı şəhərində yerləşdirilən kameralar hərtərəfli hesabat xarakteri daşıyır. Əgər hansısa arazidə yol qəza hadisəsi sürət həddiylə əlaqəlidirsə, o ərazidə surətə nəzarət güclənir və həddi aşağı endirilir ki, qəza baş verməsin.
Deyilən “Nobel” prospektində yol boyunca sürət həddini tənzimləyən nişanlar var ki, bu da müzakirə edilmədən yerinə yetirilməlidir.
Qanunvericilikdə göstərilən tələblər üzrə sürücü həddi aşırsa, dərhal 4 formada cəzalandırılır. Yəni sürət həddinin aşılmasıyla bağlı qaydalara əsasən, sürət 10 - 20 km. qədər aşılarsa 10 manat cərimə, 21 km. saat sürət həddindən, 40 km. sürət həddinə qədər aşılarsa 50 manat cərimə və 2 bal cəza, 61 km.-dən çox aşılarsa 250 manat cərimə tətbiq olunur. İnzibati xətalar məcəlləsinə edilən əlavə və dəyişiklik təbii ki, müsbət nəticə verməyə imkan yaradacaq” – deyə qeyd edib.
Elvin Nüsrətoğlu