Tarixdə yaşanmış ən qəribə hadisələr
    • 17-10-2018, 12:10
    • 5 778

Tarixdə yaşanmış ən qəribə hadisələr

Tarixin müxtəlif dövrlərində olduqca maraqlı, insanı təəccübləndirən hadisələr baş verib. News24.az saytı həmin hadisələrin bir neçəsini sizə təqdim edir.

1. Meksikalı general Santa Anna, müharibə zamanı itirdiyi ayağı üçün təntənəli yas mərasimi təşkil etmişdi.
2. 5-ci əsrdə yaşayanlar, xəstəliklərdən xilas olmaq üçün sağlam insan ətini yeməyin faydalı olduğunu düşünürdülər.
3. Köhnə Misirdə milçəklər fironları narahat etməsin deyə, qulların bədəninə bal sürtürdülər.
4. Orta çağda ölən əsgərlərin dişindən  protez hazırlanırdı.
5. Misirdə hökmdar ölən zaman, baxıcılar və qullar onunla bərabər diri-diri basdırılırdı.
6. Böyük İsgəndər əsgərlərindən ailələrinə məktub yazmağı tələb edib,  məktubda yaxşı söz yazmayanları da öldürtdürürdü.
7. 1985-ci ildə New Orleansda xilasedicilər həmin il şəhərdə, dəniz və hovuzlarda heç bir şəxsin boğulmaması ilə əlaqəli tədbir keçirilib. Elə  həmin gün qonaqlardan biri  hovuzda boğularaq ölüb.
8. 1990-cı illərdə amerikalı bir qadın əri çimmədiyinə görə, onu məhkəməyə verib.
9. İngiltərə kitabxanalarında ən çox oğurlanan kitab “Ginnesin rekordlar” kitabıdır. 
10. Amerikada yaşayan 10 yaşlı uşaq kola qabını mismarla  açmağa çalışarkən həyatını itirib. Belə ki, kolanın içindəki təzyiqlə atılan mismar, boğazına batıb və həyatını itirib
Şəlalə Ağayeva