-
- 14-12-2020, 16:16
- 971
Koronavirus testi neqativ çıxır, ancaq ağciyər "BUZLAŞIR" - Mütəxəssislər AÇIQLADI
Koronavirus pandemiyası ölkəmizdə və dünyada tüğyan etməkdə davam edir. Yoluxmaların sayı kəskin şəkildə artıb. Xəstəxanalarda yer tapmaq müşkül hala çevrilib. Bu məqamda vətəndaşları narahat edən digər məqam koronovirus testlərinin dəqiqliyidir. Belə ki, analizlərin nəticələrində müxtəliflik müşahidə olunur. Testlərin cavabı neqativ çıxsa da, kompüter tamoqrafiyasının (KT) nəticəsində ağciyərlərdə “buzlu şüşə” deyilən mənzərə ilə qarşılaşmaq mümkün olur. KT müayinəsində şüalanmanın yaratdığı risklər də ajiotaj doğurmaqda davam edir.
Bəs koronavirus testlərindən hansılar daha etibarlıdır? KT müayinəsi mütləqdirmi?
News24.az olaraq suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq.
Həkim professor Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, koronavirus diaqnozunu qoymaq üçün ən güvənli yoxlanış üsulu PZR (polimeral zəncirvari reaksiya) testidir:
“Koronavirusun ən çox toplandığı yer burun-udlaqdır. Məhz bu səbəbdən virusla bağlı analiz üçün yaxma burun-udlaqdan götürülür. İg, yəni immunoqlobulin testi daha çox bir şəxsin öncədən COVID-i keçirib-keçirməməsini yoxlamaq üçündür. Yəni asimptomatik olaraq (əlamətlərsiz ) xəstəliyi keçirmiş şəxsləri aşkarlamaq məqsədi daşıyır. Lakin qeyd olunmalıdır ki, qanda İgG testi yalançı neqativ cavab göstərə bilər. Bir şəxsdə qanda igG-ni yalnız əgər o bu virusla öncədən qarşılaşıbsa, aşkarlamaq olur. Yəni simptomu olan və aktiv dövrdəki bir xəstədə İgG-nin qanda pozitiv olması (yəni qanda tapılması) elə də mümkün deyil. Bu səbəbdən simptomu olmayan lakin kontaktda olduğu üçün yoluxma şübhəsi olan (və ya yenicə yoluxmuş) bir şəxs qanda İgG testi yoxladarsa, neqativ göstərəcəkdir. Bu zaman bu, aldadıcı olacaqdır. Məhz bu səbəbdən yoluxma şübhəsi olan şəxslər İgG testi neqativ çıxdığı təqdirdə PZR testini də etdirməlidirlər”.
Professorun sözlərinə görə, koronavirusa yoluxan şəxsdə normal immunitet yaranmayıbsa, o, yaxın müddətdə yenidən yoluxa bilər: “Hətta vaksinasiya olunan şəxsin 6 aydan sonra yenidən yoluxması da real görünür. Şəxsin qısa müddətdə yenidən yoluxmasının əsas səbəbi xəstəliyi yüngül keçirməsi və immunitetin formalaşmamasıdır. Yenidən yoluxmamaq üçün qidalanmaya və gigiyena qaydalarına əməl etmək lazımdır. Ancaq mütləq bir profilaktika üsulu yoxdur və bunlar qorunmaq üçün tam təminat deyil”.
A.Qeybulla vurğulayıb ki, kompüter tomoqrafiyası (KT) istisna olaraq həkim tərəfindən təyin olunmalıdır və insanlar özbaşına bu müayinədən keçməməlidir: “Belə olacağı təqdirdə KT müayinəsi ilə bağlı ajiotaj yaşanmaz. KT müayinəsi nəticəsində ağciyərlərdə “buzlu şüşə” deyilən mənzərəni müəyyən etmək mümkün olur. “Buzlu şüşə” xəstəliyin 3-4-cü günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir. KT müayinəsində pasientin effektiv şüalanma dozası 7 mZv təşkil edir. İllik şüalanma dozası ilə müqayisə etsək, bu, orta hesabla iki illik təbii şüalanma dozasına bərabər kəmiyyətdir. Ona görə də müayinə xüsusi göstərişlər əsasında aparılmalıdır”.
Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da ən yaxşı koronavirus testinin PZR olduğu qənaətindədir:
“Digər testlər də etibarlıdır. Ancaq ilkin informasiya üçün daha yaxşı yoxlama üsulu PZR-dır. Əgər heç bir simptom yoxdursa və sadəcə, xəstəliyə indiyə qədər yoluxub-yoluxmamanı bilmək istəyiriksə, o zaman qanda İgG testi olunması daha doğrudur”.
İlham Bayramov qeyd edib ki, koronavirusa yoluxub sağalan şəxs əsasən 3 ay sonra yenidən yoluxa bilər: “Bu, orqanizmin immun sistemindən asılıdır. İmmun sistemi güclü olan insanlarda 6 aydan sonra təkrar yoluxma halı müşahidə edilə bilər. Bəzən isə ümumiyyətlə, yoluxma təkrarlanmaya bilər. Xəstələrlə tez-tez işlədiyimdən 3 aydan tez yoluxma halına rast gəlməmişəm. Xəstənin qısa müddətdə yenidən yoluxmasına səbəb düzgün müaliə edilməməsidir. Adətən bir-iki dərman alıb, müalicəni yarım formada həyata keçirirlər. Bu da düzgün deyil. Belə olan halda xəstəlik tam sağalmır”.
O bildirib ki, kompüter tomoqrafiyası (KT) müayinəsi mütləq şəkildə həyata keçirilməlidir: “Çünki biz “buzlu şüşə” sindromununun ağciyərin neçə faiz zədələdiyini görürük. Müalicə də o istiqamətdə həyata keçirilir. Əgər ağciyərlər təmizdirsə, heç bir kliniki hal yoxdursa, antibiotiklərin təyin olunması doğru deyil. Vitamin və ümumi möhkəmləndiricilər bu halda ön plana keçir. KT müalicəni təyin edərkən yardımçı olur. Gec baxıldığı təqdirdə vəziyyət daha da ağırlaşa bilər”.
İnfeksionist-hepatoloq Mərdan Əliyev deyib ki, koronovirus testləri seroloji və PZR olmaqla ikiyə ayrılır:
“PZR test zamanı nazofarengial sürüntüdən (burun-udlaqdan yaxma) alınan materiala baxılır. Seroloji test isə qanda igG (immunoglobulin G) aşkarlanması üzərinə qurulub. Qandan götürülən seroloji testlər əsasən özəl xəstəxanalarda həyata keçirilir. PZR testlər isə dövlət xəstəxanalarında istifadə olunur. Hərəsinin öz üstünlükləri var. Qan analizi ilə test verildiyi təqdirdə bilmək olar ki, bu xəstəliyi iki həftə əvvəl özünü büruzə verib, ya yox. Amma PZR test bunu göstərmir. Burada vaxt amili önə çıxır. Qan analizi əsasən, keçirilən xəstəliyi və immunitetin olub-olmadığını yoxlamaq üçün effektivdir”.
Mərdan Əliyev bildirib ki, koronavirusa yoluxan şəxslərin yenidən yoluxma müddəti ilə bağlı iki araşdırma aparılıb: “Bir araşdırmada ən qısa müddət kimi 3 ay göstərilib. Araşdırmalar nəticəsində məlum olub ki, 3 ay ərzində immunoqlobinlər qanda qalır. Digər araşdırmada isə 6 ay ərzində şəxsin yenidən yoluxmadığı iddia olunur. Ancaq 3 ay daha iddialı variant kimi səslənir”.
Onun sözlərinə görə panikaya düşüb, kompüter tomoqrafiyası (KT) müayinəsinə getməyin mənası yoxdur: “Çünki yüksək şüalanma var. Zənnimcə, insanlar KT-dən də qabaq Rentgen müayinəsindən keçməlidir. Xəstənin şikayətləri və Rentgen müayinəsi ilə xəstəliyi dəqiqləşdirmək olur”.
Məhərrəm Əliyev