"Google" işçiləri 2021-ci ilin sentyabrına qədər EVDƏN İŞLƏYƏCƏKLƏR
    • 15-12-2020, 10:14
    • 340

"Google" işçiləri 2021-ci ilin sentyabrına qədər EVDƏN İŞLƏYƏCƏKLƏR

"Google" rəhbərliyi koronavirus səbəbi ilə əməkdaşlarının evlərdən işləməsini 2021-ci ilin iyul ayından sentyabr ayına qədər uzadıb.

News24.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Sundar Piçai tərəfindən elektron poçtla yayılan qeyddə deyilir.

Bildirilir ki, şirkət həftənin ən az üç günü ofisdə işləməyi nəzərdə tutan "çevik iş həftəsi"ni sınamaq niyyətindədir.