-
- 21-12-2020, 10:09
- 632
AZAL-ın Bakı-İstanbul reysi LƏĞV OLUNUB
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 09:10-da Bakıdan Türkiyənin İstanbul şəhərinə yerinə yetirməli olduğu J2 177 reysi ləğv olunub.
Bu barədə News24.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, həmin aviareysin sərnişinləri İstanbula AZAL-ın bu gün saat 11:50-də həyata keçirəcəyi J2 175 reysi ilə yola salınacaq.
Bununla belə, hava limanından uçuşun hansı səbəbdən baş tutmadığı açıqlanmayıb.
AZAL-dan isə “Report”a bildirilib ki, sözügedən aviareys sərnişinlərin sayının az olması ilə əlaqədar ləğv edilib.