Lisey və gimnaziyalara qəbul BU TARİXDƏ OLACAQ
    • 21-12-2020, 17:00
    • 429

Lisey və gimnaziyalara qəbul BU TARİXDƏ OLACAQ

Təhsil Nazirliyi lisey və gimnaziyalara qəbulun vaxtı ilə bağlı məsələyə münasibət bildirib.

News24.az xəbər verir ki, “Virtual məktəb”də milli qiymətləndirmənin nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə bildirib ki, lisey və gimnaziyalara qəbul ənənəvi olaraq yay aylarında təşkil olunur.

“Yəqin ki, lisey və gimnaziyalara qəbul 2021-ci ilin iyun, iyul və ya avqust aylarında təşkil olunacaq. Amma mövcud şəraitdən çox şey asılıdır”, - deyə o vurğulayıb.