Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey YARADILDI
    • 4-06-2020, 10:26
    • 545

Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey YARADILDI

Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb. 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun News24.az-a verdiyi xəbərə görə, Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb.

Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.