Xalq artisti vəfat ETDİ
    • 21-12-2020, 22:05
    • 1 135

Xalq artisti vəfat ETDİ

Xalq artisti, görkəmli aktrisa Səfurə İbrahimova vəfat edib.

News24.az xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Səfura İbrahimova bu yaxınlarda evindən huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Səfurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademil Milli Dram Teatrının repertuarında olan İslam Səfərbərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub.