Bakıda evdən 5 000 manatlıq geyim əşyaları OĞURLANIB
    • 22-12-2020, 12:12
    • 486

Bakıda evdən 5 000 manatlıq geyim əşyaları OĞURLANIB

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əsgərov saxlanılıb.