Dünyaca məhşur brendin reklamında Azərbaycan musiqisi- VİDEO
    • 17-10-2018, 17:42
    • 1 616

Dünyaca məhşur brendin reklamında Azərbaycan musiqisi- VİDEO

Dünyaca məhşur İtalyan brendi “Fendi”-nin reklam çarxında Azərbaycana məxsus musiqidən istifadə olunub.

News24.az xəbər verir ki, sözügedən videoçarxda “Bir gün mənə rəhmin gələcək “ adlı nəğmə fon musiqisi kimi istifadə olunub. 10 milyondan çox abunəçisi olan “Fendi” brendinin sosial şəbəkədə  paylaşdığı video böyük marağa səbəb olub.

"Fendi"nin qısa tarixçəsi

Qeyd edək ki, 1918- ci ildə Romada Adele Kasaqrandeyə məxsus dəri məhsulların satışı ilə məşğul olan kiçik bir mağaza fəaliyyət göstərməyə başlamışdı.

1925- ci ildə Adele, Eduardo Fendi ilə ailə qurduqdan sonra qərara gəlirlər ki, mağazalarını soyadlarının şərəfinə “Fendi” adlandırsınlar. Uğurlu kolleksiyaları, çoxlu yenilikləri sayəsində “Fendi” moda dünyasında liderlər sırasına daxil olur.

1978-ci ildə Adele Fendi 81 yaşında vəfat edəndə, ailə artıq moda dünyasında öz imperiyasına sahib idi.

1985-ci ildən bu brendlə eynək, çanta, qalstuk, ayaqqabı, parfümeriya, kəmərlər və s. istehsal olunmaqdadır.

Hazırda “Fendi”-nin Nyu-Yorkdakı əsas mağazası da daxil olmaqla 100-ə yaxın mağazası mövcuddur.

Şəlalə Ağayeva