-
- 23-12-2020, 18:15
- 511
Çin peyvəndi vurduran türkiyəli jurnalist COVID-19-a YOLUXDU
Habertürk” telekanalının köşə yazarı Kamal Öztürk Çin istehsalı olan peyvəndi vurdurduqdan sonra koronavirusa yoluxduğunu bildirib.
News24.az xəbər verir ki, Kamal Öztürk bu barədə “FOX TV”də İsmail Küçükkayanın “Çalar saat” proqramına telefon zəngi ilə qoşularkən deyib.
Yazar qeyd edib ki, 17 dekabrda onun koronavirus testi neqativ çıxıb. 19 dekabrda isə Çinin “Sinovac” şirkətinə məxsus “CoronVac” koronavirus peyvəndini vurdurub. Peyvəndin vurulmasından 2 gün sonra səhhətində narahatlıq yaranıb. O, 2-ci dəfə COVID-19 testindən keçdikdən sonra nəticələri pozitiv çıxıb.
Öztürk bildirib ki, yetərli qoruma yaratmaq üçün peyvəndin 14 gün fasilə ilə 2 dəfə vurulması nəzərdə tutulub: “Birinci peyvənd dozasından sonra, virusa yoluxma səbəbindən peyvəndin ikinci dozasını qəbul edə bilməyəcəm”.
O, vurğulayıb ki, testinin müsbət nəticə göstərməsini deməklə peyvənd çalışmaları haqqında mənfi rəy formalaşdırmaq istəmir: “Bildiyiniz kimi, bir qrup jurnalist dostumla peyvəndləmənin 3-cü mərhələsində könüllü oldum. 15 dekabr 2020-ci il tarixində virus testindən keçdim. Test nəticəm 16 dekabrda mənfi oldu. 17 dekabrda peyvənd edildim. İki gün heç bir yan təsir görmədim. Üçüncü gün yüngül hərarət, azca baş və əzələ ağrısı oldu. Lakin həkimlərimiz bunun soyuqdan və ya peyvəndin yan təsirindən, yoxsa bu mərhələdə virusa yoluxmağımdan qaynaqlandığını tam olaraq müəyyənləşdirə bilmədilər”.