Kafe icarədarı və müştərilər məhkəməlik oldu
    • 24-12-2020, 14:39
    • 458

Kafe icarədarı və müştərilər məhkəməlik oldu

Qobustan rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Qobustan polisi tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəngi qəsəbəsində yerləşən eyniadlı kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən olunub.

Kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.