"Paylaşımımdan bir neçə dəqiqə sonra bütün dostlarım qaçaraq qan verdilər..." ANASI KORONAVİRUSDAN KOMAYA DÜŞƏN BAĞIRZADƏ
    • 29-12-2020, 15:13
    • 641

"Paylaşımımdan bir neçə dəqiqə sonra bütün dostlarım qaçaraq qan verdilər..." ANASI KORONAVİRUSDAN KOMAYA DÜŞƏN BAĞIRZADƏ

Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.

News24.az xəbər verir ki, Bağırzadə ötən gün komaya düşən anası üçün lazım olan qanın toplanılması üçün paylaşım edib. Və artıq lazımı qan tapılıb. Aktyor buna görə hər kəsə öz təşəkkürünü bildirib: "Əziz dostlar! Qarşınızda baş əyirəm! Mənim müraciətim göz yaşları ilə söylənilən böyük inam və ümiddir. Paylaşımımdan bir neçə dəqiqə sonra bütün dostlarım qaçaraq qan verdilər. Hətta tanımadığım insanlar axşam vaxtına baxmayaraq gedib savab iş gördülər. Xalqımı və insanlarımızı necə də sevirəm! Uca Allaha şükürlər edirəm ki, dünyanın ən mehriban, ən rəğbətli, ən səmimi insanları bu mübarək torpaqda yaşayır və hər şeyə qadirdirlər - mübarizə aparmağa, qələbə çalmağa, yaxşılıq etməyə, sevməyə! Hər birinizə təşəkkür edirəm! Bağışladığınız qan anama çox lazımdır və əminəm ki, qanınız digər xəstələrə də kömək edəcəkdir! Təşəkkür edirəm, Uca Allah xeyirxah ürəkləriniz üçün sizə mükafatlandırsın! Sizin Bəhram."  

Sevda Bayramova