Koronavirus peyvəndi Çindən Türkiyəyə gətirildi
    • 30-12-2020, 10:00
    • 352

Koronavirus peyvəndi Çindən Türkiyəyə gətirildi

Türkiyənin Çindən aldığı “Sinovac” koronavirus peyvəndini daşıyan konteynerlər Ankaraya çatdırılıb.

News24.az "HaberTürk"ə istinadən xəbər verir ki, Türk Hava Yollarına məxsus təyyarə səhər saatlarında Esenboğa Hava Limanına eniş edib.

İlk mərhələdə 3 milyon doza gətirilən vaksin 14 gün ərzində testdən keçiriləcək.