Millət vəkili:
    • 30-12-2020, 11:48
    • 266

Millət vəkili: "Ermənipərəst mövqe nümayiş etdirənlərə qarşı amansız olmalıyıq"

“Xalqımız Azərbaycan tarixinin heç bir səhifəsində belə qələbəyə imza atmayıb”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin  bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib. 

Deputat bildirib ki, bu gün bəzi trollar Azərbaycan Ordusuna, müzəffər Ali Baş Komandana qarşı qarayaxma kampaniyasına başlayıb: “Mən düşünürdüm ki, bu qələbədən sonra həmin trollar artıq tövbə edər. Bu trollar dünyada baş verən geosiyasi prosesləri başa düşə bilməzlər. Onlar Prezidentin 2003-cü ildən bu günə qədər qələbənin təməlinə atdığı addımlarını başa düşə bilməzlər. Dünən biz iki müharibədən çıxmış dövlət olsaq da, büdcəni qəbul etdik. Bəziləri büdcədən ayrılan vəsaitləri ironiya ilə ələ salırlar. Ermənipərəst mövqe nümayiş etdirənlərə qarşı amansız olmalıyıq. Daşnaklara qarşı necə mübarizə aparırıqsa, onlara qarşı da mübarizə aparmalıyıq”.