MTRŞ üzvü koronavirusdan vəfat etdi
    • 5-01-2021, 12:22
    • 361

MTRŞ üzvü koronavirusdan vəfat etdi

Milli Televiziya və Radio Şurasının üzvü Elyazov Mübariz Elyaz oğlu koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada vəfat edib. 

News24.az-ın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurası məlumat yayıb. 

Bildirilir ki, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.