Azərbaycanlı deputatlar Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər
    • 5-01-2021, 13:30
    • 580

Azərbaycanlı deputatlar Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar  prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, deputat Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə, millət vəkili Fazil Mustafa TÜRKPA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, seçicilərin fəallığını müşahidə edəcəklər.

Səfər yanvarın 13-də başa çatacaq.