Daha 9 COVID-19 xəstəsinə cinayət işi başlanıldı
    • 7-01-2021, 10:11
    • 253

Daha 9 COVID-19 xəstəsinə cinayət işi başlanıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yanvarın 6-da respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 10-u yaşadıqları evlərə qaytarılıb, sağlamlıq vəziyyəti ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 9 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.

Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.