ABŞ-da etiraz aksiyaları - 4 ÖLÜ
    • 7-01-2021, 10:31
    • 367

ABŞ-da etiraz aksiyaları - 4 ÖLÜ

Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb.

News24.az xəbər verir ki, bunu Vaşinqton polisinin rəhbəri Robert Konti deyib.

R.Konti qeyd edib ki, qarşıdrma zamanı ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib.  Onun sözlərinə görə, Konqres binası yaxınlığında daha 3 nəfər ölüb.

Qeyd edək ki, etiraz aksiyalarında 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.