Belarusdakı etiraz aksiyasında ÖLƏN, YARALANANLAR VƏ SAXLANILANLAR VAR
    • 10-08-2020, 11:38
    • 385

Belarusdakı etiraz aksiyasında ÖLƏN, YARALANANLAR VƏ SAXLANILANLAR VAR

Belarusun Viasna insan hüquqları mərkəzi gecə saatlarında Minskdə keçirilən etiraz aksiyaları zamanı bir nəfərin ölməsi ilə bağlı məlumat yayıb.

News24.az xəbər verir ki, mərkəz məlumatında qeyd edib ki, həmin gənc aksiya zamanı kəllə-beyin travması alıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, yaralanmaya səbəb yaralıların xüsusi avadanlıqla vurulması olub.

Həmçinin qeyd edilib ki, xəstəxanalarda onlarla yaralı var. 213 aksiya iştirakçısı isə saxlanılıb.