"Ofisdən rədd ol" - Tramp bu şəxs üçün Ağ evə girişi qadağan etdi
    • 7-01-2021, 11:51
    • 423

"Ofisdən rədd ol" - Tramp bu şəxs üçün Ağ evə girişi qadağan etdi

ABŞ-ın hazırkı prezidenti Donald Tramp vitse-prezident Mayk Pensin aparat rəhbəri Mark Şort üçün Ağ Evə giriş qadağan edib.

News24.az NBC-yə istinadən xəbər verir ki, jurnalistlər həmçinin Trampın bu qərarı əvvəllər Konqres palatalarının birgə iclasına rəhbərlik edərkən prezident seçkilərinin nəticələrinin təsdiqlənməsi ilə vəziyyətə təsir göstərməkdən imtina edən Pensdən narazılığına görə verdiyini bildiriblər.

Qeyd olunur ki, M.Şort seçki səslərinin sayılması ilə bağlı məsələlərdə Amerika vitse-prezidentinə məsləhət verib.

Qeyd edək ki, ötən gün ABŞ Konqresi prezident seçkilərinin nəticələrini təsdiqləməli olub. Lakin hazırkı prezident Donald Trampın tərəfdarlarının Kapitol binasına daxil olaraq qiyam qaldırması səbəbindən iclas yarım qalıb.

İndiyədək etiraz aksiyalarında 4 nəfər ölüb, 50-dən çox insan saxlanılıb.