"Braziliyanın Donald Trampı" prezident seçildi
    • 29-10-2018, 10:27
    • 706

"Braziliyanın Donald Trampı" prezident seçildi

Braziliyada keçirilən prezident seçkilərinin nəticəsi məlum olub.

Seçkilərin 2-ci turunda İşçi Partiyasından Fernando Haddad və Sosial Liberal Partiyasından Jair Bolsonaro yarışırdı. Radikal sağ cinah təmsilçisi olan Bolsonaro 56%-lə 44% səs toplayan Haddada qalib gəlib.
Qeyd edək ki, Jair Bolsonaro "Braziliyanın Donald Trampı" kimi ad çıxarıb. O, ABŞ prezidenti Donald Trampın addımlarına verdiyi dəstəyi, radikal mövqeyi, qalmaqallı çıxışları, anti-miqrant siyasəti ilə tanınır. 
//Qaynarinfo