Özünü təcrid edən Paşinyanı Moskvadan Yerevana gələn xüsusi həkim briqadası müayinə edəcək
    • 7-01-2021, 15:05
    • 292

Özünü təcrid edən Paşinyanı Moskvadan Yerevana gələn xüsusi həkim briqadası müayinə edəcək

Ermənistanın yüksək vəzifəli dövlət məmurlarının koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün Moskvadan Yerevana həkimləri daşıyan xüsusi təyyarə uçub.

News24.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Qeyd edilib ki, Moskvada vacib danışıqlarda iştirak etməyi planlaşdırılan Ermənistanın dövlət məmurlarının qanından koronavirusla bağlı nümunələr götürüləcək.

Həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Rusiyadan gələn həkimlər onu da müayinə edəcək.

Görüşdə Naxçıvan dəhlizi ilə bağlı məsələnin də müzakirə olunacağı gözlənilir. Görüşə Azərbaycandan da nümayəndə heyətinin getməsi nəzərdə tutulub.