Xaçmazda qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb
    • 8-01-2021, 16:50
    • 696

Xaçmazda qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb

Polis əməkdaşları Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış nəticəsində 9 nəfərdən ibarət dəstə saxlanılaraq, istintaqa cəlb edilib. Saxlanılan şəxslərdən hər birinin qiyməti 220 manat dəyərində olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-ci (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi qaldırılaraq zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.