Müdafiə naziri azad edilmiş ərazilərə getdi - FOTO
    • 9-01-2021, 11:30
    • 447

Müdafiə naziri azad edilmiş ərazilərə getdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda Nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və çay süfrəsi arxasında onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.